"DUET-AVTO" MMC 2004-cü ildən fəaliyyət göstərir və Azərbaycanda ekoloji cəhətdən təmiz, həm elektrik, həm də daxili yanma mühərrikli müxtəlif texnikaların satışını, geniş çeşiddə təchizatını və zəmanətini təmin edən yeganə şirkət olaraq tanınır. Şirkətimiz Elektro mobil texnikalar, Qolf karlar, Kvadrasiklər, Baqilər, Avtokarlar, Elektrikli Velosipedlər və Mopedlərin satışını həyata keçirir və müştərilərinə etibarlı, keyfiyyətli və uzunömürlü texnika təqdim edir. Şirkət, Marshell, Maximal, Polaris, LİNHAİ və digər qabaqcıl brendlərin həm elektrikli, həm də benzinlə işləyən texnikalarını təqdim edir.
Bu texnikalar, istirahət, əyləncə və adrenalin məqsədilə istifadə edilən modellərdən, kiçik kommersiya və xidmət məqsədli cihazlara qədər geniş çeşidə malikdir. Geniş seçim imkanı təqdim etməklə, müştərilərə öz ehtiyaclarına uyğun texnikanı seçmək fürsəti yaradır. Şirkətimizin məhsul çeşidi, əyləncə, istirahət, adrenalin, həm də kommersiya və xüsusi xidmətlər üçün ideal həllər təqdim edir. Kvadrasiklər, Qolf karlar, Baqilər və digər texnikalar, yükdaşıma, qonaqların nəqliyyatı və müştəri xidmətləri üçün nəzərdə tutulmuş müxtəlif tətbiqləri əhatə edir. Müştəri tələbinə əsasən, həm elektrikli, həm də benzinlə işləyən modellərdən müxtəlif variantlar təqdim olunur.
İstehsalçı və "DUET-AVTO" MMC tərəfindən rəsmi zəmanət ilə təmin edilən texniki xidmət və peşəkar dəstək sayəsində müştərilərimiz texnikalarından uzun müddət, yüksək etibarlılıq və səmərəliliklə istifadə edə bilirlər.
Cari ildə şirkətimiz, bir çox idman və istehsal müəssisələri, dövlət qurumları və özəl müştərilər üçün etibarlı və sadiq tərəfdaş olmuşdur. "DUET-AVTO" MMC, hər bir müştəriyə etibarlı, peşəkar və texniki baxımdan mükəmməl tərəfdaş olaraq xidmət edir, onlara tələb olunan bütün texniki və texnoloji həlləri təqdim edir.
Bununla yanaşı, şirkətimiz müştərilərinə yüksək keyfiyyətli və peşəkar texniki servis xidmətləri təqdim edir, bu da onların texnikalarından uzun müddət etibarlı və effektiv şəkildə faydalanmalarını təmin edir.
Keyfiyyətə və inkişafa doğru hər zaman!
Təcrübə
Satılan
Elektrik və Benzinlə İşləyən Texnikalar
Biz planlı təmir və aksessuarların quraşdırılması xidmətlərini peşəkar şəkildə təqdim edirik. Kvadrasikl, Baqi, Qolf karları və ya Mopedlər ilə bağlı hər hansı bir sualınız və ya ehtiyacınız olarsa, bizə aşağıdakı telefon nömrələri ilə müraciət edə bilərsiniz: (+994) 12 343 40 06; (+994) 12 343 40 07
Ümumi avtomobil təmiri
Havalandırma sistemi
Soyutma sistemi və radiator təmiri
Motor yağının dəyişdirilməsi
Yağ filterinin dəyişdirilməsi
Əyləc təmiri
Mühərrik diaqnostikası
Transmissiya xidmətləri